Polislə sürücü arasında əlbəyaxa dava - FOTO

Polislə sürücü arasında əlbəyaxa dava -  FOTO

Bakıda sürücüylə yol polisi arasında əlbəyaxa dava düşüb.



Aktual.az aznews.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Babək prospektində yol polisi əməkdaşkarıyla sürücü arasında insident baş verib. 99 SG 640 nömrə nişanlı "Mercedess" markalı avtomobili idarə edən şəxs sənədlərini yol polisinə təqdim etməkdən imtina edib.Bu da tərəflər arasında mübahisəyə səbəb olub. Bir az sonra mübahisə əlbəyaxa davaya çevirilib. 



Bundan sonra hadisə yerinə Post Patrul Xidməti çağırılıb. Onların sürücünü polis bölməsinə aparmaq cəhdləri davanı bir qədər də alolandırıb. Sürücünü zərəsizləşdirməkçün əraziyə 7 Post Patrul Xidməti maşını cəlb edilib. 



Bir saata yaxın davam edən dava prospektdə hərəkəti tam məhdudlaşdırıb. 

Xəbər 7493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR