Polisdən qaçan "avtoş" qəzaya düşdü - FOTO

Polisdən qaçan

Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, yol polisi əməkdaşları "VAZ-21011" markalı, 10 EH 807 dövlət nömrə nişanlı avtomobili saxlamaq istəyiblər. Lakin sürücü, 23 yaşlı Kamran Hüseynov polis əməkdaşlarının qanuni əmrinə tabe olmaqdan imtina edib və Niyazi küçəsi ilə "Azneft meydanı" istiqamətində hərəkətini davam etdirib. Dairədə idarəetməni itirən sürücü maşını ağaca çırpıb.

Qəzadan sonra sürücü Kamran Hüseynov və sərnişinlər - bir kişi, iki qadın maşından düşüb qaçmağa başlayıblar. Dənizkənarı Milli Parka qaçan sürücü və sərnişinlər bulvar idarəsinin mühafizəçilərinin yardımı ilə saxlanılıblar.

Sürücü qaçmağa çalışmasını sürücülük vəsiqəsinin olmaması ilə əsaslandırıb. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Avtoxuliqanlıq edən sürücü barəsində protokol tərtib olunub.

Xəbər 1137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR