Polis Fransanın sabiq prezidentini saxladı

Polis Fransanın sabiq prezidentini saxladı

Fransanın sabiq prezident Nikolas Sarkozi saxlanıb. 

Modern.az saytı "Reuters" agentliyinə istinadən xəbəır verir ki, Sarkozi polisə ifadə verməyə aparılıb.
Məlumatlara görə, N. Sarkozi 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb
Hüquq-mühafizə orqanları onun 2007-ci il prezident seçkiləri ilə bağlı kampaniyasına Liviyanın keçmiş lideri Muammer Qəddafi tərəfindən dəstək verilməsi ilə bağlı məlumatları yoxlayır. 
Yayılan məlumatlarda o da bildirilir ki, müstəntiqlər hazırda Sarkozinin 2-ci müddəti üçün namizədliyini irəli sürdüyü və Fransua Ollanda uduzduğu 2012-ci il seçki kampnaiyasını da yoxlamağa başlayıblar.
Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR