Polis əməkdaşı maşını ağaca çırpdı – Ağır xəsarət aldı

Polis əməkdaşı maşını ağaca çırpdı – Ağır xəsarət aldı

Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report” xəbər verir ki, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva” markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb.
Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.
 
Aktual.az
Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR