Polad Həşimovla bağlı film çəkildi

Polad Həşimovla bağlı film çəkildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

"Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, "Poladın izi ilə” adlı ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

"Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
Xəbər 858 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR