Polad Bülbüloğlu oğlu ilə bərabər səhnədə – VİDEO

Polad Bülbüloğlu oğlu ilə bərabər səhnədə   – VİDEO

“Mən oğlumu müşayiət etmək istəyirdim”.

Məşhur sovet müğənnisi və bəstəkarı, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Novosibirskdə səhnəyə çıxıb.

Oxu.Az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, o, Arnold Kats adına filarmoniyada Transsibirs Art-Festivalı çərçivəsində keçirilən “Uşaqlar - uşaqlara” adlı konsertdə çıxış edib.

Bu konsertdə onun 14 yaşlı oğlu Murtuza dirijor rolunda çıxış edib.

“Mən, oğlum Murtuzanı bu festivala dəvət etdiyi üçün Vladimir Repinə minnətdaram. Düzünü desəm, mən özüm isə xahiş etdim: dedim oğlumu müşayiət edəcəm, əgər lazımdısa, bir-iki mahnı oxuyacam. Və bu təklif sevinclə qarşılandı”, - P.Bülbüloğlu deyib.

Xəbər 1271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR