Polad Bülbüloğlu Moskvada İlham Əliyevin Sərəncamını oxudu

Polad Bülbüloğlu Moskvada İlham Əliyevin Sərəncamını oxudu

21 oktyabr tarixində Moskva şəhərində Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilmişdir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Ölkə başçısının tapşırığı ilə tədbirdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını və səmimi təbrik məktubunu oxumuş və sözügedən ordeni Rusiya Kinematoqrafçılar İttifaqının sədrinə təqdim etmişdir.

Nikita Mixalkov əməyinə verdiyi yüksək giymətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. O, bu yaxınlarda Bakıya səfəri zamanı İlham Əliyevlə keçirdiyi görüşü xatırlamış, həmin görüşün onda xoş təəssürat oyatdığını vurğulamış və Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilişləri ilə bağlı razılığın olduğunu qeyd etmişdir.

Tədbirdə iştirak edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Nikita Mixalkovu ürəkdən təbrik etmişdir.

Məlum olduğu kimi, 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etmişdir.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR