Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - Bərdədə

 Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - Bərdədə

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qayalı kəndində qeydə alınıb. 
Belə ki, Tərtər rayon sakini Yaşar Sovet oğlu Muxtarovun idarə etdiyi 59-BF-141 dövlət-qeydiyyat nömrə nişanlı "QazEl" markalı yük avtomobili yolu keçmək istəyən rayon sakini, 1979-cu il təvəllüdlü Yüksəl Səyyaf oğlu Rəcəbovu vurub. Nəticədə ağır xəsarət alan 38 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR