Piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edildi

Piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edildi

Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, noyabrın 21-də Göyçay RPŞ-yə rayon mərkəzi xəstəxanasından Potu kənd sakini Cavad Kərimovun naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması ilə bağlı məlumat daxil olub.
RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədənin rayonun Hüngütlü kənd sakini Mobil Fərəcov olması müəyyən edilib. Araşdırmalarla məlum olub ki, Mobil Fərəcov noyabrın 21-də axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyada C.Kərimovun topuq nahiyəsindən ona xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb. Hadisəni törədərkən sürücünün sərxoş olduğu, eləcə də sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkar edilib.

Faktla bağlı Göyçay RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR