"Petkim"dən 220 milyon dollarlıq gəlir


Ötən il "Petkim PetroKimya Holding A.Ş." 639,2 mln. Türkiyə lirəsi (təqribən 220 mln. dollar) həcmində xalis mənfəət əldə edib.
 
 
Aktual.az xəbər verir ki, bu barədə "Report"a şirkətdən bildirilib.
 
Məlumata görə, bu, əvvəlki ilə nisbətən 14% çoxdur. "Petkim" 2015-ci il ərzində ümumilikdə 4 532,6 mln. lirə (təqribən 1,6 mlrd. dollar) gəlir əldə edib ki, bu da onun aktivlərinin 5 460,7 mln. lirəyə (təqribən 1,9 mlrd. dollar) çatmasına şərait yaradıb.
 
Ötən il "Petkim"in faktiki istehsal həcmi onun istehsal potensialının 87%-nə çatıb. 
 
Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin səhmlərinin 51%-i 2 milyard 40 milyon dollara SOCAR&Turcas Enerji A.Ş. tərəfindən əldə edilib. 
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR