Paytaxt küçələrində tıxacın səbəbləri açıqlandı - Rəsmi

Paytaxt küçələrində tıxacın səbəbləri açıqlandı - Rəsmi

Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində müşahidə olunan tıxacın səbəbləri açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, Novruz bayramına hazırlıqla əlaqədar hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkət istiqamətinin dəyişməsi bir qədər sıxlıq yaşanmasına səbəb olub: "Bu proses çox uzun müddət çəkmir. Ərazi üzrə əməkdaşlarımız qısa müddətdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin bərpası ilə bağlı vəziyyəti tənzimləyirlər. Məqsədimiz də bayram şənliklərində təhlükəsizliyi təmin etməkdir".

Şöbə müdiri deyib ki, tıxacın yaranmasının xüsusi bir səbəbi yoxdur: "Bayram ərəfəsidir və bayrama böyük hazırlıq işləri gedir. Sabahdan möhtəşəm bayram şənliklərinin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi küçələrdə son tamamlama işləri aparılır. Bundan əlavə, ölkədə çoxlu turistlər, yüksək çinli qonaqlar, şəhərin mərkəzində əhəmiyyətli tədbirlər var. Həmçinin paytaxtın mərkəzindən bölgələr istiqamətində hərəkət edən nəqliyyat vasitələri çoxdur".
 
Aktual.az
Xəbər 165 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR