Paşinyan Sarqsyanın istefasını şərh edib

Paşinyan Sarqsyanın istefasını şərh edib

 Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarqsyanın istefasını şərh edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, N.Paşinyan məsələ ilə bağlı "Facebook" səhifəsində yazıb.
"Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm", - o yazıb.
Qeyd edək ki, Serj Sarqsyan bu gün Ermənistanın baş naziri vəzifəsindən istefa verib. Minlərlə etirazçının iştirakı ilə keçirilən aksiyaların əsas məqsədi də məhz bu idi.
 
Aktual.az
Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR