Parlamentin nümayəndə heyəti Gəncədə - Foto

Parlamentin nümayəndə heyəti Gəncədə   - Foto

Avstraliya parlamentinin üzvü, Avstraliya-Azərbaycan dostluq qrupunun sədri Luke Simpkinsin rəhbərliyi ilə nümayəndə heyəti Gəncədədir. Nümayəndə heyətini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşılayıb.

 Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanla Avstraliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndiyini, səmimi münasibətlərin ölkələrimizə uğur və fayda gətirdiyini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Luke Simpkins bildirib ki, Azərbaycana səfərin qrafiki intensivdir. Yalnız paytaxt ilə deyil, həmçinin Gəncə ilə tanış olmaq, hər iki ölkənin bölgələri arasında əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olsalar da başlıca məqsəd 1 noyabr Milli Məclisə seçkiləri müşahidə etməkdir.

Nümayəndə heyətinin üzvləri bu gün Gəncənin muzeylərini, Məhsəti Mədəniyyət Mərkəzini və görməli yerlərini gəzəcəklər. Sonda Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Avstraliyanın nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.

Parlamentin
Parlamentin
Parlamentin
Parlamentin

Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR