Parlament Assambleyasının müşahidəçiləri seçkiləri izləyəcək

Parlament Assambleyasının müşahidəçiləri seçkiləri izləyəcək

Bu gün Türkdilli dövlətlərin Parlament Assambleyasının müşahidəçiləri Ömər Kocamanın rəhbərliyi ilə Gəncəyə gəlib.
 
Onlar 1 noyabr Milli Məclisə seçkilər günü Gəncədə müşahidəçilik missiyasını yerinə yetirəcəklər. Qonaqları Gəncə şəhər İcra Hakimiyyətnin başçısı Elmar Vəliyev səmimiyyətlə qarşılıyaraq, Şeyx Nizami Yurdunda onları görməkdən məmmunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanla türkdilli dövlətlər arasındakı dostluq, əməkdaşlıq münasbətləri gündən-günə genişlənən əlaqələr hər iki ölkənin inkişafına uğur və töhvələr bəxş edir.İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, dünyada çətin və mürəkkəb proseslərin getdiyi bir zamanda, soykökü bir olan xalqlarımız arasında birlik və həmrəylik olduqca vacibdir.
 
Bu birlik hər birimizi gücləndirir. Bizim tariximiz qədim, mədəniyyətmiz zəngindir.Biz bunu qoruyub-saxlamalı və inkişaf etdirməliyik. Nümayəndə heyətinin rəhbəri Ömər Kocaman onları qonaqpərvərliklə qarşıladiğına görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib və Gəncəyə səfərin başlıca məqsədinin 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərin müşahidə etməkdən ibarət olduğunu deyib.O, bundan əvvəl 2010-cu ildə keçirilmiş parlament, 2013-cü ildə isə prezident seçkilərini izlədiklərini qeyd edərək bildirib ki, həmin seçkilər yüksək fəallıq şəraitində keçib və noyabrın 1-də keçiriləcək növbəti seçkilərin də azad və şəffaf keçəcəyinə əmindir.
 
Gəncədə seçkilərə hazırlığın vəziyyəti, 4 dairə, 107 məntəqənin fəaliyyət göstərdiyi, bütün namzədlərə bərabər hüquqların verilməsi haqqında məlumat verilib.Seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün dairə və seçki məntəqələrində hər cür şəraitin yaradılması diqqətə çatdırılıb. Gorüşdən sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidəçiləri hazırlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün seçki məntəqələrində olublar.
 
Süsən Tağıyeva
Aktual.az
 
 
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR