2016-cı ilin dövlət büdcəsinin icrasına dair qanun qəbul edildi

2016-cı ilin dövlət büdcəsinin icrasına dair qanun qəbul edildi

Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.

"APA-Economics" xəbər verir ki, millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.
 
Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ən ağır il olan 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub. "İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib", - deyə nazir qeyd edib.
 
Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.

Aktual.az
Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR