Papa “Lamborghini”dən imtina etdi - HƏRRACA ÇIXARILACAQ

Papa “Lamborghini”dən imtina etdi - HƏRRACA ÇIXARILACAQ
  • DÜNYA

Katolik kilsəsinin lideri Papa Françeskoya Vatikan bayrağının rənglərində dizayn edilən və ona özəl istehsal olunan "Lamborghini” markalı avtomobil hədiyyə olunub.

Publika.az xəbər verir ki, Papa hədiyyəni qəbul edib, ancaq onu istifadə etməyəcəyini bildirib.
Buna görə də Papaya hədiyyə edilən bu lüks avtomobil hərracda satışa çıxarılacaq. Satışdan əldə edilən gəlir isə Papanın şəxsən seçdiyi xeyriyyə vəqflərinə veriləcək. Bu qurumlardan biri İraqdakı xristianların tarixi mərkəzlərindən olan Ninovanın yenidən inşasını aparan "Aiuto alla Chiesa che Soffre" (Ağrı çəkən kilsəyə yardım) vəqfidir.
Papa Afrikada, xüsusilə, qadın və uşaqlar üçün layihələr həyata keçirən iki dərnəyə və seks ticarətinin qurbanı olan qadınları xilas edən "Covanni” cəmiyyətinə də yardım payı verəcək.
"Lamborghini” avtomobilinin İtaliyadakı normal satış qiyməti 200000 avro civarındadır. Lakin Papanın hədiyyəsi özəl istehsal olduğu üçün daha yüksək qiymətə satılacağı gözlənilir.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR