Paleontoloqlardan yeni iddia — Bəzi dinozavrların dişləri tökülürmüş

Paleontoloqlardan yeni iddia — Bəzi dinozavrların dişləri tökülürmüş

Paleontoloqlar bildirir ki, böyüdükcə bəzi dinozavrların dişləri tökülürmüş.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, "Limusaurus inextricabilis" növündən olan dinozavrlar körpəlik dövründə qidanı dişləri vasitəsilə qəbul ediblər. Bu dinozavrlar böyüdükdən sonra dimdiklərindən istifadə ediblər. Alimlərin bu barədə yeni kəşfləri elmi jurnalda dərc edilib.

"Limusaurus inextricabilis" dinozavrları bataqlıq kərtənkələsi də adlandırılır. Alimlər onun qalıqlarına Çində, Cunqar dərəsində rast gəliblər. Əvvəlcə qalıqların iki müxtəlif növə aid olduğu düşünülürdü. Çünki skeletlərdən birinin dişi olsa da, digərinin dişləri yox idi. Amma sonrakı tədqiqatlar göstərdi ki, skeletlər eyni növə məxsusdur. Alimlər isə qənaətə gəldilər ki, dinozavrlar böyüdükcə dişləri tökülürmüş.

Bataqlıq kərtənkələləri əvvəlcə ət ilə də qidalansalar da, böyüdükdən sonra ancaq bitki ilə qidalanıblar.
 
Aktual.az 
Xəbər 1013 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR