PA-nın şöbə müdiri: Regionlara 39,5 milyard manat vəsait xərclənib

PA-nın şöbə müdiri: Regionlara 39,5 milyard manat vəsait xərclənib

2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib.

S.İsmayılov qeyd edib ki, dövlət başçısı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar 2016-cı ildə 73 sərəncam imzalayıb, bu işlərin icrası üçün 204 milyon manatdan artıq vəsait sərf edilib.
 
Aktual.az
Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR