Oyunların bağlanış mərasimlərində iştirak edəcək tamaşaçılara xəbərdarlıq

Oyunların bağlanış mərasimlərində iştirak edəcək tamaşaçılara xəbərdarlıq

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun "Qara Qarayev”, "Gənclik” və "20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.
Bu barədə Aktual.az-a  Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra saat 17:00-da daşınma prosesinə start veriləcək və proses saat 20:00-dək davam edəcək.
"Bakl Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun "Qara Qarayev”, "Gənclik” və "20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir”.
 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR