Çoxmərtəbəli binada yanğın - 30 nəfər təxliyə edildi

Çoxmərtəbəli binada yanğın - 30 nəfər təxliyə edildi

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın faktı qeydə alınıb.

Aktual.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 8:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR