Oğuzda uşaq bağçasında uçqun oldu

Oğuzda uşaq bağçasında uçqun oldu

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki,  bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan  Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.
Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.
Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. 
Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.
 
Aktual.az 
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR