Orucluqda ağız qoxusundan qorunmağın yolları

Orucluqda ağız qoxusundan qorunmağın yolları

Yaz aylarına təsadüfən edən 11 ayın sultanı olan müqəddəs Ramazan aylarında oruc tutan insanlar bir sıra çətinliklərlə qarşılaşır. Gündəlik işə, dərsə gedən insanları narahat edən əsas amillərdən biri də ağız qoxusudur.

Publika.az sizə orucluq zamanı ağız qoxusundan qurtulmağın üsullarını təqdim edir:
16-17 saat oruc olan insanların ağız qoxusu ağırlaşır. Bunun qarşısını almaq üçün diş fırçanızı isladıb yüngül hərkərlərlə dilinizi fırçalayın. Bu sizin ağız qoxunuzu 80%-ə qədər azaldacaq.
İftardan sonra soyuq su içməyin. Soyuq su ağız qoxusunun artmasına səbəb olur.
Turşu və turş içkilərə üstünlük verməyin. Uzun müddət ac qaldıqdan sonra yeyilən turş qidalar mədə-bağırsaq xəstəliklərinə səbəb olduğu kimi, ağızda xoşagəlməz qoxunun formalaşmasına da zəmin yaradır.
 
Aktual.az
Xəbər 840 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR