Oruc tutanlar üçün möcüzəli susuzluq resepti

Oruc tutanlar üçün möcüzəli susuzluq resepti

Türkiyəli diyetoloq Eda Ağıllı oruc tutanlar üçün susuzluğu arandan qaldıran xüsusi kokteyl təklif edib.

Publika.az mütəxəssisin reseptini təqdim edir:
E.Ağıllı imsakda yumurta, süd, qatıq kimi zülalla zəngin qidalara, taxıl məhsullarına, badam, fındıq, qoz kimi çərəzlərə, təzə tərəvəz və meyvələrə üstünlük verməyi tövsiyə edib: "Porsiyaları azaldın, qidaları yavaş-yavaş və yaxşı çeynəyərək yeyin. Yağlı, qızartma, bol ədviyyatlı qidalardan çəkinin. Şirniyyat yerinə, südlü, təzə meyvə, dondurma və yoqurt kimi yüngül desertlərə yer verin”.
Susuzluğu aradan qaldıran nənəli kokteyl
Ərzaqlar:
Bir butulka mineral su
1 stəkan adi su
125 qram yağsız qatıq
200 qram nazik doğranmış xiyar
3-4 yarpaq nanə
Hazırlanması:
Su, qatıq, xiyar və nanəni blenderdə qarışdırın. Üzərinə mineral su əlavə edib için. Unutmayın ki, hər gün 2 litrə yaxın su içmək orqanizmin su ehtiyacının ödənilməsi baxımından mühümdür. Odur ki, imsak və iftarda mümkün qədər çoxlu mane qəbul etməyə çalışın.
 
Aktual.az
Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR