Orta aylıq pensiya və işsizliyə görə müavinət ARTIRILACAQ

Orta aylıq pensiya və işsizliyə görə müavinət ARTIRILACAQ

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi davam edir.

Aktual.az AzVision.az-a istinadən  xəbər verir ki, iclasda çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, fondun büdcədən asılığı ilbəil azalır. 

Komitə sədri sədri qeyd edib ki, 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4% -ə düşüb:

"Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir. Gələn il DSMF 2017-ci ildə gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-ci illə illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiya alanların 1 mln. 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq”.

H.Rəcəbli vurğulayıb ki, bu il nəzərdə tutulan müsbət bir dəyişiklik pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövklükdə indeksasiya olunmasıdır. Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər:
"Debitor borclarla aparılan işlər yaxşılaşdırılmalıdır. Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə dehtiyac var”.
 
Aktual.az
Xəbər 2924 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR