Orduda savaş hazırlığı? -“Mart çox gərgin keçəcək”

Orduda savaş hazırlığı? -“Mart çox gərgin keçəcək”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 15-də birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

Aktual.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.
Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.
Azərbaycana qarşı təxribat ehtimalı
Müdafiə nazirinin "hazır ol” əmri təsadüf hesab edilmir. Nəzərə alsaq ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək, bu zaman prezident Serj Sarkisyan partiyası Respublikanı prosesdən qalib çıxarmaq məqsədilə cəmiyyətin diqqətini seçkilərdən yayındırmaq üçün təxribata əl ata bilər. Belə zəmin Sarkisyana seçkilərin nəticələrini saxtalaşdırmaq imkanı verəcək. Digər yandan apreldə qondarma genosidin 102-ci ildönümü ilə əlaqədar da ermənilər özlərini göstərmnəyə çalışa bilərlər. Üstəgəl qarşıdan keçən il ermənilərin ağır məğlubiyyət ilə yadda qalan aprel döyüşlərinin 1-ci ildönümü gəlir. Buna görə də düşmən tərəfin qisas məqsədilə təxribata əl atacaqları istisna deyil. Ermənilərin fəallaşacağına ehtimal verən bir məsələ də var: Serj Sarkisyanın Moskva səfəri. Məlumdur ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Rusiyada idi və burada həmkarı Vladimir Putinlə görüşdü. Görüşün nəticəsi olaraq da o ehtimal gündəmə gəlib ki, Sarkisyan Moskvada Putindən aldığı yeni tapşırıqlar üzrə hərəkət edəcək. Həmin tapşırıqlardan biri də yenə seçkilərdən cəmiyyətin diqqətini yayındırmaq üçün cəbhə bölgəsində Azərbaycana qarşı oynanılacaq növbəti təxribat oyunu ola bilər.
"Mart gərgin keçəcək”

"Cümhuriyət” qəzetinə mart ayının həmişə gərgin keçdiyini deyən, hərbçi-ekspert Üzeyir Cəfərov bildirib ki, bütün parametrlər üzrə baxanda ermənilər həmişə daha çox martda həm təxribat əməlləri həyata keçirirlər, həm də Novruz bayramına görə, özlərini tərbiyəsiz aparırlar. Ü.Cəfərovun sözlərinə görə, 1990-cı illərdə də ermənilər Novruz bayramı ərəfəsində daha çox aktivlik göstərirdilər ki, xalqın bayram əhval-ruhiyyəsini korlasınlar: "Bu, erməni tərbiyəsizliyi və xislətidir. Müdafiə naziri də bunu bilir. Ermənistanın cinayətkar rəhbəri Serj Sarkisyan Moskvada növbəti təlimatlarını alıb. Putinlə görüşündən sonra bildirdi ki, çox vacib məsələlər müzakirə edilib. Bilirik ki, bu günədək Dağlıq Qarabağ münaqişəsi ətrafında nə baş veribsə, hamısı Rusiyanın təhriki ilə olub. Çünki ermənilər yaramaz və qorxaq məxluqatlardır, təkbaşına Azərbaycanın qarşısına çıxacaq gücdə deyillər. İndiyədək sərgilədikləri münasibət də onu deməyə əsas verir ki, ermənilərdə ağıl heç vaxt olmayıb. Qonşu Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq əvəzinə bir qədər də korlayırlar. Zakir Həsənov da onu bildirdi ki, hər an düşmən təxribatına hazır olmalıyıq, bu təxribatlara da ordumuz layiqli cavab verməlidir. Çünki qarşıdan gələn aprel ayında həm Ermənistanda seçkilər keçiriləcək, həm də qondarma genosidin ildönümü qeyd ediləcək. Bütün bunları nəzərə alıb, müdafiə naziri müvafiq göstərişləri verib. Prinsip etibarilə ordumuz döyüşə hazırdır, düşmənin təxribatlarına cavab verməyə də qadirdir. Başqa sözlə, ordu hazır olmalıdır ki, düşmən əlinə düşən məqamdan istifadə edib, Azərbaycan Silahlı Qüvvələrinə maddi-mənəvi zərər vura bilməsin. Mart çox gərgin keçəcək”.
 
Aktual.az
Xəbər 2210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR