Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb

Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb

Milli Məclisin sədri Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb.

Apa-nın yerli bürosunun məlumatına görə, Tbilisi beynəlxalq hava limanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
O. Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq "İnkişaf üçün əməkdaşlıq – gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masaya da qatılacaq.

O. Əsədovun Gürcüstana səfəri sabah başa çatacaq.
 
Aktual.az
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR