Oqtay Əsədov: “Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”

Oqtay Əsədov: “Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”

"Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. 
O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: "Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.
 
Aktual.az
Xəbər 789 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR