OPEK: Neft gələn il bahalaşacaq

OPEK: Neft gələn il bahalaşacaq

Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) baş katibi Abdulla Səlim əl Badri il ərzində neftin qiymətinin yenidən qalxacağını proqnozlaşdırıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə o Nyu-Dehlidə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Bir neçə ay və ya bir il ərzində vəziyyət dəyişiləcək”, deyə Əl Badri əminliyini ifadə edib.

OPEK-in baş katibi qeyd edib ki, OPEK üzv dövlətlərin hamısı üçün ən optimal qiymətin müəyyənləşdirilməsinə çalışır. Onun sözlərinə görə, qiymətlər elə səviyyəyə çatmalıdır ki, iştirakçılar layiqli gəlir əldə edə bilsinlər.

“Mən ömrüm boyu neft biznesi sahəsində çalışmışam. Mən altı dövr (sikl) müşahidə etmişəm – həddindən yüksək və həddindən aşağı qiymətlər. İndiki vəziyyət belə dövrlərdən biridir və o çox çəkməyəcək”, deyə baş katib əminliyini ifadə edib.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR