OPEK-dən Azərbaycan nefti üçün PROQNOZ

OPEK-dən Azərbaycan nefti üçün PROQNOZ

OPEK 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda neft hasilatının ötən illə müqayisədə sutkada 0,05 milyon barrel azalacağını gözləyir.

Trend-in məlumatına görə, bu barədə təşkilatın aylıq hesabatında deyilir. Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı sutkada 0,8 milyon barreldir. 2018-ci ildə hasilat daha 0,04 milyon barrel/sutka azalacaq və orta hesabla sutkada 0,76 milyon barrel təşkil edəcək.
Əvvəlki hesabatda OPEK neft hasilatının 2017 və 2018-ci illərdə müvafiq olaraq 0,06 milyon barrel və 0,05 milyon barrel azalacağını proqnozlaşdırırdı.
Hesabata əsasən, oktyabr ayında Azərbaycanda orta sutkalıq neft hasilatı 0,81 milyon barrel olub ki, bu da sentyabr ayının göstəricisindən 0,01 milyon barrel yüksək, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 0,03 milyon barrel aşağıdır.


Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR