"Onların rahatlığını pozan Azərbaycanın varlığıdır...”


Qısa xatırlatma:

Mirkazım Seyidov 1962-ci il fevralın 16-da Naxcıvanın Sədərək rayonunda anadan olub. Uzun illər Rusiyanın Novosibirsk yaşayıb müxtəlif vəzifələr daşısa da, respublikamızla əlaqələrini kəsməyib. Şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə Azərbaycanın təbliği ilə fəal məşğul olub. Beynəlxalq Azərbaycan Forumunun, Heydər Əliyev Beynəlxalq Xeyriyyə Fondunun prezidenti kimi səmərəli fəaliyyət göstərib. Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun yaradıcısıdır. Hazırda isə Azərbaycan Respublikaçılar Partiyası  sədrinin birinci müavindir.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi” medalı,  Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə isə III dərəcəli "Vətənə xidmətə gorə” ordeni ilə təltif edilib.

M.Seyidovun aktual.az-a müsahibəsi:

 

-Mirkazım müəllim, uzun müddət Rusiyada yaşamış, səmərəli diaspor fəaliyyəti göstərmisiniz. Başqa sözlə, Azərbaycan həqiqətlərinin bu ölkədə təbliği, yayılması istiqamətində genişmiqyaslı iş aparmısınız. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla onu deyim ki, yaşadığımız şəhərdə diaspor kimi fəaliyyətimizin ilk vaxtlarından siyasi qüvvəyə çevrilməyi, bu sahədə fəallığı daha da artırmağı qarşıya mühüm vəzifə kimi qoymuşuq. Yerli kütləvi informasiya vasitələrilə sıx əlaqələr qurmağa, ictimai-siyasi həyatda daha çox aktivlik  göstərməçalışmışıq. Bax, bu zaman ulu öndərimizin bir tövsiyəsini də heç vaxt unutmamışıq. Belə ki, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev söyləyib ki, azərbaycanlı hər bir yerdə yaşaya bilər, ancaq o, özünün dinini, dilini və mədəniyyətini yaddan çıxarmamalıdır. Onun qəlbi daim Azərbaycanla döyünməlidir. 

Yeri gəlmişkən, bir məqamı da xatırladım ki, biz öz diaspor fəaliyyətimizdə ulu öndərimizin bu müdrik kəlamını daim rəhbər tutmuşuq. Ümumiyyətlə, dahi öndərin həmin sözləri əslində dünya azərbaycanlılarını bir yerə yığmaq üçün bir çağırış idi. Biz də ötən zaman ərzində yaşadığımız şəhərdə ümummilli liderimizin bu fikrinə sədaqət nümayiş etdirmiş, Azərbaycanın haqq səsinin dünyada eşidilməsi, dilimizin və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğiistiqamətində ardıcıl tədbirlər həyata keçirmişik.  

Fikrimi konkret bir nümunə ilə əsaslandırmaq istərdim. Bunun üçün diqqəti əvvəlcə Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun fəaliyyətinə yönəltməyi vacib bilirəm. Xatırladım ki, mən bu fondun  Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəriyəm. Fond Rusiyada uzun illər fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təşəbbüsü və maddi dəstəyi ilə yaradılıb. Fondun yaradılmasında əsas məqsəd və məram isə adıçəkilən forumun gördüyü işlərin davamını beynəlxalq səviyyədə, habelə bütün türkdilli və slavyan xalqlarının birliyi şəklində nümayiş etdirmək, Azərbaycanın haqq səsini dünyada eşitdirmək, dilimizin və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğini gerçəkləşdirmək olub.

Yeri gəlmişkən, təşkilat qısaca olaraq həm də Həmrəylik Xeyriyyə Fondu da adlandırılır və adından məlum olduğu kimi, bütün türkdilli və  slavyanxalqlarının dini, mədəni yaxınlaşmasını, həmrəyliyini özündə ehtiva edir. Ümumiyyətlə, qurum təkcə Azərbaycanın yox, eləcə də digər türkdilli xalqların, həmçinin  Rusiya, Ukrayna, Belarus və digər slavyan dövlətlərinin həm mədəni, həm dini yaxınlaşmasına xidmət etməyi nəzərdə tutur. Başqa sözlə, istənilən türkdilli və slavyan dövləti müştərək olaraq fondla birlikdə istənilən beynəlxalq layihənin reallaşdırılmasında  iştirak edə bilər.  

-Bildiyimizə görə, Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun reallaşdırdığı tədbirlər sırasında "Dostluq körpüsü: Azərbaycan-Rusiya" mövzusunda dövlətlərarası konfrans da böyük əks-səda doğurub…

Bu, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əiyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan böyük ictimai-siyasi tədbir idi. Mərasimdə Azərbaycanın müxtəlif elm və sənət sahələrini təmsil etməklə 22 nəfərdən ibarət nümayəndə heyəti də iştirak edirdi. Burada, eyni zamanda, mənim Azərbaycan, rus və ingilis dillərində çapdan çıxan "BİRİNCİ XANIM” kitabımın təqdimatı da böyük maraqla qarşılandı. 

Yeri gəlmişkən, "BİRİNCİ XANIM” kitabını yazmağım təsadüfi deyil. Çünki neçə illərdi ki, cənab İlham Əliyevin dövlətimizin qüdrətlənməsi naminə həyata keçirdiyi çoxşaxəli siyasətinə töhfələrini verən Heydər Əliyev Fondu mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, habelə cəmiyyətdə mərhəmətin, xeyirxahlıqın, humanizmin təbliğində misilsiz xidmətlər göstərir. Xalqın mənafeyi naminə bir sıra strateji əhəmiyyətli layihələr həyata keçirir və bütün bunlara görə də Azərbaycan cəmiyyətində milyonlarla insanın ümid ünvanına çevrilir.

"BİRİNCİ XANIM” kitabının yazılmasına da bax, bu amil təsir  göstərmişdinecə deyərlər, ürəyimin, qəlbimin səsi bu mövzuya təkan vermişdi. 

-Yeri gəlmişkən, Azərbaycanda referenduməsasında vitse-prezident institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ilə bağlı fikrinizi də bilmək maraqlı olardı…

-Ötən ilin sentyabrında Konstitusiyaya edilən dəyişikliklərdən sonra təsis olunan Birinci vitse-prezident vəzifəsi Prezident vəzifəsindən sonra gələn ali idarəçilik postudur. Dövlət idarəçiliyinin ən üstün pilləsində təmsil olunacaq bu şəxsin də Prezident qədər yüksək keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə malik olması, xüsusən də xalqın etimad mənbəyinə çevrilməsi vacib tələblərdəndir. Bu mühüm xüsusiyyətlər də Mehriban xanım Əliyevanın xarakterində və fəaliyyətində bütünlüklə əksini yüksək səviyyədə tapıb. Bu mənada Mehriban xanım Əliyevanın siyasi-ictimai fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəd olduğu şübhəsiz idi. Məhz elə buna görə də Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. 

Mehriban xanım Əliyevanın ictimai-siyasi və sosial-mədəni fəaliyyət dairəsi barədə çox danışmaq olar. Konkret deyə bilərəm ki, onun fəaliyyəti dövlətçiliyimizin inkişafına, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçməsinə xidmət edir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına yaxından dəstək verir, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi və Azərbaycan həqiqətlərini dünyada tanıdır. 

Mehriban xanım Əliyeva bu gün Azərbaycanın Birinci vitse-prezidenti kimi dövlətimiz qarşısında yeni missiyasını uğurla həyata keçirir. Özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır. Xalqımız Mehriban xanım Əliyevaya yorulmaz fəaliyyəti ilə Azərbaycanın inkişafına bundan sonra da daha böyük töhfələr verəcəyinə qəlbən inanır.

-Siz həm də "Bakı—Dirçəliş” İctimai Birliyinin İdarə Heyyətinin üzvüsünüz. Bu qurumun fəaliyyəti ilə bağlı da qısa məlumat verməyinizi istərdik… 

-Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayırlar. İndiyədək bu məqsədlə bir sıra dövlət proqramları qəbul edilərək, uğurla reallaşdırılıb. Paytaxtətrafı yaşayış məntəqələrində yol və nəqliyyat infrastrukturu, ekoloji vəziyyət yaxşılaşdırılıb, sahibkarlığın inkişafı istiqamətində yeni iş yerləri, müəssisələr açılıb, həmçinin əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb.  

"Bakı—Dirçəliş” İctimai Birliyini yaratmaqda da məqsəd bu sahəyə öz kiçik töhfəmizi verməkdir. Onu da deyim ki, ictimai-siyasi fəaliyyətimlə bağlı Bakı kəndlərində çoxsaylı və genişmiqyaslı görüşlərim olub. Bu  görüşlərdə biz dövlətçiliyimizin qorunması, inkişafı üçün ancaq Heydər Əliyev kursunun davamlılığının zəruriliyini təbliğ etmişik. Respublikada siyasi sabitliyin qorunması naminə müxtəlif xarıci və daxili pozucu qüvvələrin Bakı kəndlərindən istifadə etməsinin qarşısını almaq üçün baçardığımız qədər bu istiqamətdə çalışmışıq,  prezident seçkiləri ərəfəsində paytaxtətrafı  kənd və qəsəbələrdəki bütün nüfuzlu şəxslərlə, ağsaqqallarla görüşüb söhbətlər aparmışıq, coxsaylı görüşlər keçirərək insanların problemlərini öyrənmişik. Həmin problemlərin qısa müddətdə həlli üçün dövlət qurumları qarşısında məsələlər qaldırmışıq və əksər hallarda buna nail olmuşuq.  

-Mirkazım müəllim, sonda Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini kimi fəaliyyətiniz barədə də məlumat verərdiniz.

- Qısaca onu deyə bilərəm ki, bu vəzifəyə partiyanın sədri hörmətli Sübut Əsədov tərəfindən dəvət edilmişəm. Onunla söhbətimdən bu insanın dövlətçiliyə sadiq, ictimai fəaliyyət sahəsində zəngin təcrübəyə malik, məqsədi, məramı Heydər Əliyev kursunu dəstəkləmək olduğunu görüb Azərbaycan Respublikaçılar Partiyasında msil olunmağa razılıq vermişəmİlk gündən partiyamızı gücləndirmək üçün böyük fəallıqla işə başlamışam. Bununla bağlı müsbət nəticələrə nail olmuşuq. Qarşımızda duran əsas vəzifə də məhz partiyanı dövlətçiliyimizi, Heydər Əliyev kursunu dəstəkləyən güclü bir təkilata çevirməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında son 14 ildə Azərbaycan bütün sahələrdə nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən dövlət kimi tanıdıb. Ölkəmizin rəhbəri bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Təəssüf ki, Azərbaycanındemokratikləşmə yolunda qazandığı uğurlarqısqaclıqla yanaşanlar da az deyil. Onlar arasında xarici düşmənlərimizlə yanaşı, daxili qüvvələr də var. Sağlam müxalifət demək olar ki, yoxdur. Onların rahatlığını pozan Azərbaycanın varlığıdır. 

Bəli, Azərbaycan milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma hər zaman ölkəmizin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, onların yerli havadarlarına münasibətdə özünü daha kəskin şəkildə göstərib. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. 

 

Xəbər 12991 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR