"Onlarda övladımın dırnağında olan tərbiyə yoxdur"


Sosial şəbəkədə ünvanıma yazılanların mənim üçün əhəmiyyəti yoxdur. Amma şəxsiyyətimə, ailəmə, övladıma nəsə deyilməsinə imkan vermərəm.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Vəfa Zeynalova "ATV maqazin onlarla" verilişinə açıqlmasında deyib. 

"İnanmayacaqsınız" rubrikasının qonağı olan aktrisa "İlahi məxluq" filmindəki açıq səhnəsinə görə onu tənqid edənlərdən danışıb. 

O bildirib ki, təhqir yazanların əksəriyyəti 13 yaşlı uşaqlar olub.

V.Zeynalova əkiz qızları Səbinə  Lalədən danışıb:

"Hər anaya övladı doğmadır. Orada tənqid yazanlarda mənim övladımın dırnağında olan tərbiyə yoxdur. Hamı bilir mən övladımın tərbiyəsinə necə yanaşıram. Mənim üçün uşaq tərbiyəsi çox önəmlidir. 

Qızlarımın 16 yaşı olanda Facebook-a, İnstaqram-a girib, internetdən istifadə edib. Onu da ki çərçivədə ediblər. Onların indi də ixtiyarı yoxdur hansısa aktrisaya, müğənniyə fikir bildirsinlər. Öz dostları ilə danışıb, məsləhət versinlər. Amma özlərindən böyüyə olmaz. 

13 yaşında uşaq fikir bildirir. Sənin valideyninin boynu sınmasın, sən haradasan ki, uşağın sosial şəbəkədə oturub. Bu yerdə mən valideyni qınayıram".

Xəbər 3208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR