Çobanı və qoyun sürüsünü avtomobil vurub, 57 heyvan tələf olub

Çobanı və qoyun sürüsünü avtomobil vurub, 57 heyvan tələf olub

Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub. Nəticədə A. Quliyev xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində 57 baş qoyun isə tələf olub.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR