Çoban yanaraq öldü

Çoban yanaraq öldü

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

Aktual.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.

Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR