Obama: "Putin məni dinləmir"

Obama:

ABŞ prezidenti Barak Obama Rusiyanın Bəşər Əsədə yardım göstərməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Aktual.az Ans press-ə istinadən xəbər verir ki, Obama Vladimir Putinin bu dəstəyini böyük səhv adlandırıb.

"Putin əgər Suriyada sülhə nail olmaq isdəyirsə ora silah göndərməməli və danışıqlar masası arxasına oturmalıdır. Çünki İŞİD onları bizdən daha çox təhdid edir. Rusiyada çox sayda müsəlman yaşayır. İŞİD-in onları təhdid etdiyi bir vaxta Bəşər Əsədə dəstək verməyi mən böyük bir səhv kimi qiymətləndirirəm." - deyə Obama bildirib.

Rusiyanın uzun müddətdir ki, Bəşər Əsədi silahlandırdığını söyləyən Obama 4-5 il əvvəl birbaşa Putinin özünə bu dəstəyi dayandırması barədə xəbərdarlıq etdiyini bildirib.

Obama Putinin onun sözünə qulaq asmayaraq, bu dəstəyi indi də davam etdiridiyini deyib.

“Putin əgər bizimlə 60 ölkədən ibarət koalisiyada iştirak edərsə, onda Suriyada sülhə nail olmaq mümkün olar. Hazırda Əsədi hakimiyətdə qalması həm bölgə həmdə Rusiya üçün təhlükəlidir.” - deyə Obama əlavə edib.

Bir neçə gün əvvəl isə ABŞ Yunanıstandan Rusiya əsgərlərinin daşınması üçün istifadə edilən hava sahəsini bağlanmasını istəyiridi. ABŞ-ın bu istəyinə rəsmi Afinanı cavab verib ki, Rusiya təyyarələri Suriyaya getmək üçün Yunanıstan üzərindən istifadə etmir.

Bundan əvvəl isə Bolqarıstan Rusiya hərbi təyyarələrinin Suriyaya uçmasının qarşısını almaq hava sahəsini bağlayıb. Lakin rəsmi Moskva bəyan edib ki, Rusiya təyyarələri alternativ yollardan istifadə edəcək. Moskva alternativ yolların hansılar olacağı barədə heç bir açıqlama verməyib.

Son yayılan xəbərdən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaharova mətbuata verdiyi açıqlamada Suriyanı hakimiyyətini uzun müddətdir ki, silah və əsgərlə təmin etdiklərini deyib. Amma bunun beynəlxalq hüquq normaları çərçivəsində əldə edilən razılaşma əsasında həyata keçirildiyini sözlərinə əlavə edib.

Suriya dövlət televiziyası isə bir neçə gün əvvəl ölkədə döyüşən rus əsgərləri görüntülərini yayıb.

 Suriyada 4 ildir ki, davam edən vətədaş müharibəsində yüzminlərə insan həlak olub və 23 milyon suriyalı evlərini tərk edib.

Xəbər 684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR