Növbəti erməni təxribatının qarşısı alınıb

Növbəti erməni təxribatının qarşısı alınıb

Sentyabrın 11-də "Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.
Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

Aktual.az
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR