Novruz Məmmədov İlham Əliyevə təşəkkür etdi

Novruz Məmmədov İlham Əliyevə təşəkkür etdi

"Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: "Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”.
 
Aktual.az
Xəbər 655 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR