Nobel sülh mükafatının sahibi açıqlanıb

Nobel sülh mükafatının sahibi açıqlanıb
  • DÜNYA

2017-ci il üçün Nobel sülh mükafatının sahibi açıqlanıb.
 
APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (International Campaign to Abolish Nuclear Weapons) layiq görülüb. Bu mükafat təşkilata "nüvə silahlarından istifadənin faciəvi nəticələrə gətirib çıxarmasına diqqət ayırmaq sahəsindəki işləri və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasındakı səylərinə görə" verilib.  
 
2017-ci il üçün Nobel sülh mükafatına 318 nəfərin namizədliyi irəli sürülmüşdü.  Namizədlərdən 215-i fiziki şəxs, 103-ü isə təşkilat idi.
 
Qeyd edək ki, ötən il mükafatın sahibi Kolumbiyanın prezidenti Xuan Manuel Santos olub.
 
Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR