Nobel prospektinə qırmızı asfalt döşənir – FOTO + VİDEO

Nobel prospektinə qırmızı asfalt döşənir   – FOTO + VİDEO

Rəngli asfalt prospektə estetik gözəllik qatır.

Nobel prospektində yenilik tətbiq edilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir.

Rəngli asfalt-beton örtüyü ilkin etapda “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.

Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.

Qeyd edək ki, ilk dəfə olaraq və sınaq məqsədi ilə Babək prospektində tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənmişdi. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilmişdi.

Xəbər 735 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR