Nişanlı rəfiqəsini şəkilləri ilə şantaj etdi - Avtomobillə vuruldu, sonra döyüldü - BAKIDA

Nişanlı rəfiqəsini şəkilləri ilə şantaj etdi - Avtomobillə vuruldu, sonra döyüldü - BAKIDA

Bakıda 28 yaşlı qadın döyülüb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əliyeva Səidə Şahin qızı nişanlı olan rəfiqəsi L.M.-i (şərtidir) digər bir şəxslə görüşdüyü vaxt fotosunu çəkib və onu həmin fotoşəkillə şantaj edib.

Bundan əsəbləşən L.M. anası ilə birgə avtomobillə S.Əliyevanı "Turan" mebel evinin qarşısında avtomobillə vurub. Onlar daha sonra S.Əliyevanı döyüblər və ərazidən uzaqlaşıblar.

S.Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 4796 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR