Neymar ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub

Neymar ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub

Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub.

Aktual.az report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada 10 dəfə qayda pozuntusuna məruz qalıb.
O, 1998-ci il Fransada keçirilən dünya çempionatından bəri bir oyunda ən çox qayda pozuntusu edilən oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 1998-ci dünya çempionatında Tunislə matçda 11 dəfə "foul"la üzləşib.
 
Aktual.az
Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR