Nəsimi rayon
ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində
xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi
rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri
və respublikamızın populyar incəsənət xadimləri Müdafə Nazirliyinin Bərdə korpusunun "N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişlər.Qonaqlar hərbi
hissə komandanlığı ilə birlikdə əsgərlərimizin xidməti, məişət şəraiti
ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları
çatdırmışlar.
Rayon ictimaiyyəti nümayəndələri hərbi hissədə xidmət edən gənclərlə görüşmüş,
onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. Hərbi hissədəki
əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə
keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin
Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi
təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində
müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət
etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində
işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə,
ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə
Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın
azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin
kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və
məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin
xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı
barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə
ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və
Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin hərbçilərin ruh yuksəkliyinin
qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış
incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil
olunmuşdur.
Konsertdə Nəsimi rayon İcra Hakimiyyətinin
təşəbbüsü və dəstəyi ilə yeni yazılmış,
sözləri şair Zahid Əzizə, musiqisi isə
gənc bəstəkar Elvin Muxtara məxsus olan " Azərbaycan Əsgəri” mahnısının
təqdimatı olmuş, Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun, 2008-ci il
Azəristar müsabiqəsinin
qalibi İlkin Əhmədovun və Tural
Salmanovun ifasında səslənən mahnı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən
bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin
nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.
Xəbər 121 dəfə oxunub.