Nəqliyyatın İntellektual İdarəetmə Sistemi təkmilləşdirilir

Nəqliyyatın İntellektual İdarəetmə Sistemi təkmilləşdirilir

Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.

"Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Görülən işlərin səmərəli olması üçün inkişaf etmiş şəhərlərin təcrübəsi də öyrənilir. Bu məqsədlə Türkiyənin İstanbul şəhərinin İSBAK (İstanbul İnformasiya və Ağıllı şəhər Texnologiyaları) şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə baş tutan səfər çərçivəsində İSBAK şirkətinin mütəxəssisləri Nəqliyyatı İntellektual İdarəedilməsi Mərkəzi ilə tanış olub. Nəqliyyatın idarə edilməsi sahəsində mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Keçirilən görüşlər zamanı tətbiq edilən texnologiyalar və gələcək planlar, şəhərin nəqliyyat planlaşdırılmasında nəzərə alınması vacib olan məqamlara da müzakirə edilib. İSBAK mütəxəsissləri Bakı Nəqliyyat Agentliyinin həyata keçirəcəyi layihələrin uğurla reallaşmasına hər tərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.
Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR