Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin büdcəyə ödənişləri artıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin büdcəyə ödənişləri artıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sisteminə daxil olan müəssisələr (rabitə sektoru) üzrə vergi və digər icbari ödənişlər şəklində büdcə daxilolmalarının həcmi 2014-cü illə müqayisədə 18 mln. 185,3 min manat və ya 55,6%, 2015-ci illə müqayisədə 13 mln. 508 min manat (+36,1%) artaraq 2016-cı ildə 50 mln. 901,1 min manat təşkil edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Palatanın rəyində bildirilir ki, 2016-cı il ərzində həmin müəssisələr üzrə dövlət büdcəsinə olan borcların həcmi 3 mln. 790,8 min manat (-63,5%) azalaraq 2 mln. 180,4 min manat, artıq ödəmənin həcmi isə 4 mln. 313,8 min manat (+2,2 dəfə) artaraq 7 mln. 856,6 min manat təşkil edib.

Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata əsasən, Nazirliyin xətti ilə informasiya və rabitə sektoruna 84,1 mln. manat investisiya qoyuluşları həyata keçirilib, zəruri təmir-yenidənqurma işləri aparılıb, əsas vəsaitlər alınıb, gömrük sərhəd buraxılış məntəqələrində yeni poçt şöbələri yaradılıb.

"İl ərzində 25 yeni elektron tipli ATS və 12,7 min nömrə istismara verilib, 46 ATS-də genişləndirmə işləri aparılıb, sabit telefon şəbəkəsi üzrə genişzolaqlı internet portlarının tutumu 12,2 min ədəd artırılıb və 354,2 km fiber-optik kabel çəkilib, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 16, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69 və hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 113 təşkil edib.

Beynəlxalq internet kanallarının ümumi tutumu 2015-ci illə müqayisədə 20 Gbit/s artırılaraq 550 Gbit/s-yə çatdırılıb, respublika üzrə əhalinin hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 78 nəfər, genişzolaqlı internet istifadəçilərinin sayı 73 nəfər, kompüter istifadəçilərinin sayı isə 70,9 nəfər olub”, - deyə hesabatda qeyd edilib.

Sənəddə, həmçinin göstərilib ki, "Azerspace-1” peykinin tutumlarının 78%-i ödənişli əsaslarla istifadəyə verilib. Bundan başqa, əvvəlki illə müqayisədə 2016-cı ildə poçt və telefon rabitəsi xidmətlərinin qiymət indeksləri dəyişməyib.
 
Aktual.az 
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR