Nəqliyyat Agentliyindən avtobus sürücülərinə - Xəbərdarlıq

Nəqliyyat Agentliyindən avtobus sürücülərinə   - Xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirilir.

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. 

Nuridə Allahyarova bildirib ki, qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcək: “Ancaq bu heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən birbaşa aidiyyatı şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq. Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır. Məsuliyyətinizi dərk etməyiniz tövsiyyə və tələb olunur!” 

Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR