"Neftin qiymətinin düşməsinin səbəbi ABŞ-dır" - İranlı nazir


"ABŞ gündəlik neft ishtehsalını 0,9 milyon barel artırmaqla neft qiymətlərinin düşməsinə səbəb olub".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazirin sözlərinə görə, OPEK əvvəlcədən ABŞ-ın neft istehsalını bu səviyyədə artıracağını proqnozlaşdırmamışdı.

Nazir onu da əlavə edib ki, OPEK üzvləri neft bazarındakı bu durumu nəzərə almalı, istehsal həcminin tənzimlənməsini yenidən müzakirə olunmalıdır.
 
Aktual.az 
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR