Neftin qiyməti kəskin qalxdı

Neftin qiyməti kəskin qalxdı

Səudiyyə Ərəbistanında şahzadələrin həbsindən və yüksək vəzifəli məmurların olduğu helikopterin qəzaya uğramasından sonra "Brent” markalı neftin qiyməti 62,81 dollaradək yüksəlib.

Trend-in məlumatına görə, London birjasında "Brent” ötən günlə müqayisədə 0,63 faiz yüksələrək 62,45 dollar təşkil edib.
ABŞ-ın "WTI” markalı nefti üzrə dekabr ayına olan fyuçersləri bir barrel üçün 55,95 dollar təşkil edib. Bu marka 0,54 faiz artım nümayiş etdirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Məlumata əsasən, qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər yüksək rütbəli məmurlar həlak olublar.
 
Aktual.az
Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR