Neftin qiyməti 85 dollar/barrelə çatacaq - PROQNOZ

Neftin qiyməti 85 dollar/barrelə çatacaq - PROQNOZ

ABŞ-ın ən böyük banklarından olan "Morgan Stanley" neftin qiymətinə dair proqnozunu yüksəldib.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, "Morgan Stanley" bu ilin sonuna dair "Brent" markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 7,5 dollar artıraraq 85 dollara çatdırıb.
"Morgan Stanley" İran, Liviya və Anqolada neft istehsalının azalacağını gözləyir. Səudiyyə Ərəbistanın neft hasilatının isə artacağını nəzərdə tutulur.

Banka görə, neft qiyməti üçün risklər hələ də çox yüksəkdir.
 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR