Neftə olan tələbat aşağı düşəcək - OPEK

Neftə olan tələbat aşağı düşəcək   - OPEK

Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) yaxın 5 ildə neftə olan tələbatın aşağı düşəcəyini bildirib. 

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, təşkilat 2020-ci ilə qədər neftə olan tələbatın aşağı düşəcəyini, ancaq rəqib məhsulların təklifin artması əlaqədar enmənin gözləniləndən cüzi olacağını düşünür. 

Təşkilat çərşənbə günü açıqlamasında növbəti 5 ildə üzv ölkələrin sutkada 30,7 milyon barrel istehsal etmək məcburiyyətində qalacağını deyib. Bu rəqəm öncəki ilin proqnozlarına görə, sutkada 1,7 barel çoxdur, ancaq üzv ölkələrin neft istehsalı noyabrda 1 milyon bareldən az olub. 

OPEK-in proqnozları, Rusiya və ABŞ kimi ölkələrin hasilatını artırması nəticəsində, qurumun bazar payını qorumaqda yaşadığı çətinliyi göstərir. OPEK bazarda payını qorumaqda uğurlu olsa da, neft qiymətlərindəki süqut bu strategiyanın maliyyə xərclərinin nə qədər böyük olduğunu nümayiş etdirib. Belə ki, Brent nefti, 21 Dekabrda 11 ilin ən aşağı səviyyəsi olan 36,04 dolar/barelə düşmüşdü. 

OPEK açıqlamasında “Aşağı neft qiymətləri tələbdə artıma səbəb olsa da, bu təsir, digər amillər səbəbindən aşağı olacaq.Təşviqlərin qaldırılması, bəzi ölkələrdə neft məhsullarında qiymət nəzarətləri və məhsuldarlıqda artımın davam etməsi neft tələbində böyüməni məhdudlaşdırmağa davam edəcək" deyilib. 

Qeyd edək ki, OPEK-in 2020-də sutkada 30,7 milyon barel neft istehsal edə bilməsi üçün bu il hasilatını sutkada 300 min barel azaltmalıdır. Bununla belə, təşkilata üzv ölkələrin hamısı, yenicə üzvliyə daxil olan İndoneziya istisna olmaqla, hasilatı müəyyən edilmiş limitdən aşıblar. 

Aktual.az

Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR