“Neftçi”nin sabiq qapıçısı güllələnib

“Neftçi”nin sabiq qapıçısı güllələnib
  • İDMAN

Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç xoşagəlməz hadisənin iştirakçısı olub

Aktual.az  Apasport-a istinadən məlumatına görə, bir müddət Azərbaycan yığmasında da çalışmış serbiyalı məşqçi vətənində silahlı qalmaqala düşüb.
 
Hadisə Serbiyanın paytaxtı Belqradda kafelərin birində yaşanıb. Səhərə yaxın yaşanan qalmaqal zamanı Miçoviçin bir neçə nəfəri döydüyü iddia olunur. Bu da əks tərəfin silahlı cavabı ilə nəticələnib.
 
Atışma nəticəsində üç nəfər yaralanıb. Onlardan biri də Miçoviçdi. Qapıçı ilə yanaşı, Vladimir Miloyeviç və Azərbaycan vətəndaşı Yaşar Ustanov da xəsarət alıb. Kafedə olan daha iki nəfər dava-dalaş zamanı başından yaralanıb. Hadisə yerinə gələn polis araşdırma aparır.

Aktual.az 
Xəbər 811 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR