Neftçi avtobusda öldü - Bakıda

Neftçi avtobusda öldü - Bakıda

Bakıda marşrut avtobusunda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda, 148 saylı xətt üzrə hərəkət edən 90 RG 844 dövlət nömrə nişanlı marşrut avtobusunda qeydə alınıb. Marşrutdakı sərnişinlərdən biri, 60 yaşlı Fikrət Eybulla oğlu Əsədov qəfildən dünyasını dəyişib.

İlkin məlumata görə, F. Əsədov ürək tutmasından ölüb. Belə ki, avtobusda sıxlıq olub və bu, sərnişinin səhhətinə pis təsir edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F. Əsədov Balaxanı qəsəbəsində yerləşən neftçıxarma idarəsində mexanik işləyirmiş.

Aktual.az
Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR